Xumar "Şuşa" təqdimatında kövrəldi - FOTOLAR

Xumar "Şuşa" təqdimatında kövrəldi - FOTOLAR

Əməkdar artist Xumar Qədimova “Şuşa” adlı yeni mahnısını təqdim edib.

OLAY yazır ki, sənətçi bu münasibətlə təqdimat mərasimi keçirib.

Təbdirdə Rəşad Məcid, Aqil Abbas, İradə Tuncay, Xanım İsmayılqızı, Saleh Bağırov kimi tanınmışlar iştirak edib.

Onlar sözləri Rəşad Məcidə, musiqisi Xumar Qədimovaya aid mahnı barədə danışaraq sənətçinin səsiylə yox, ürəyi ilə oxuduğunu bildiriblər.

Xumar Qədimova isə yeni əsəri haqda bu sözləri deyib:

"Sözü söz adamları deyərlər. Mənə də arada söz adamı deyirlər. Amma mən söz adamı olsam da, sözü nəğmə ilə deməyi sevirəm, öz mahnılarımla...

İllər əvvəl sənətə Xumar Qədimova olaraq "İsa bulağı" mahnısı, Şuşa və Şuşa dərdi ilə gəlmişdim. İndi isə Şuşa zəfəri ilə gəlmişəm. Rəşad Məcidin sözlərinə Şuşaya həsr edilən gözəl bir əsər yaratdıq. Allah şəhidlərimizə rəhmət eləsin (kövrəlir). Onların ruhu bizlərə kömək olsun! Yaşasın Azərbaycan! Yaşasın Şuşa! "Şuşa" mahnısına klip də çəkəcəyik, hazırda mahnnını Şuşanın görüntüləri ilə təqdim etdik. Şuşada konsert verməyi və klip çəkməyi düşünürük. Məncə, Şuşaya həsr edilən mahnıların tacıdır”.