Müğənni Samirə Əfəndi Türkiyədə ən çox axtarılan məşhurlar sırasında yer alıb.
OLAY yazır ki, bu barədə “Eurovision Türkiye” səhifəsi məlumat yayıb. Bildirilib ki, “Google” platformasının axtarış siyahısında “Zitti E Buoni” birinci, “Mata Hari” ikinci, “Voila” isə üçüncü sıradadır.
Ən çox axtarışa verilən cümlələr isə “2021 Eurovision birincisi”, “Eurovision 2022”, “Eurovison 2021 sıralama” və “Azerbaycan Eurovision 2021” olub.