Fransanın Azərbaycandakı səfirliyində qadınlara qarşı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq münasibəti ilə tədbir keçirilib.
OLAY News24.az-a istinadən yazır ki, “Qadınlara qarşı zorakılığa son” adı altında baş tutan tədbirdə qonaqlar sırasında iş xanımı, “Liatris Holding”in rəhbəri, Azərbaycanda “Qadına şiddətə son!” layihəsinin təşəbbüskarı Ruhi Əliyeva da olub.
R.Əliyeva Şuşanın simvolu hesab edilən Xarıbülbülün təsvir olunduğu xüsusi əl işi tablosunu Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa hədiyyə edib.
Hədiyyəyə görə minnətdarlığını dilə gətirən səfir, Xarıbülbülü Qarabağın gülü adlandırıb.