25 noyabr- Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə bağlı Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
OLAY yazır ki, dəyirmi masa “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkil- Ombudsman Aparatı, Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
“Qadına şiddətə son” adlı tədbir dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyır. Müzakirədə dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib.
Müzakirədən sonra mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa təqdim edilib.
Fotolar: Nuran Məmmədov