“Liatris Holding” “Qadına şiddətə son!” layihəsinə start verir. Bu mövzünü əhatə edən qısametrajlı (maksimum 3 dəqiqə) videolar çəkərək bizə yollayın. Videolarınız layihə çərçivəsində keçiriləcək tədbirdə və mediada nümayiş olunacaq.
Sevgi, şəfqət və mərhəmət duyğularını oyadacaq səslər, göstərilər, jestlər qadına şiddətlə mübarizədə bütün tədbirlərdən daha ötədir. Birgə həyata keçirəcəyimiz sosial səfərbərlik qadınları şiddətdən qoruyacaq ən böyük gücdür. Əgər bu yolda bizimləsinizsə, etirazınızı lentə alın.
Qeyd edək ki, mövzunu ən mükəmməl əhatə edən üç videonun müəllifi fərqləndiriləcək:
1-ci yerin sahibi 500 manat;
2-ci yerin sahibi 300 manat;
3-cü yerin sahibi 150 manat.
Videoları noyabrın 15 dək News24.az saytının "Telegram" və "WhatsApp" nömrələrinə yollaya bilərsiniz.
Əlavə məlumat üçün (012) 498-17-77, 050-713-03-43 nömrələri əlaqə saxlaya bilərsiniz.