Azərbaycanın iki estrada ifaçısı- Dilarə Kazımova və Samirə Əfəndi küsülüdür.
Bu barədə D. Kazımova OLAY-a açıqlamasında bildirib. Dilarə həmkarının Avroviziya çıxışını şərh edərkən Əfəndi ilə münasibətlərinin olmadığını qeyd edib:
“Mahnı, çıxış pis deyildi ( Mata Hari- red). Özüm də başa düşmədim niyə belə aqressiya yaradıldı. Bizim Samirə ilə aramızda elə isti münasibət yoxdur. Onunla danışmasam da, Azərbaycanı təmsil edir, mütləq dəstək göstərməliyəm. Deyim ki, əvvəlləro qədər də dost deyildik. Artıq salam-sağ olumuz da yoxdur”.