21 yaşlı türk bloger Eylem Çelik son günlər adının birlikdə hallandığı aparıcı Mehmet Ali Erbil haqqında diqqətçəkən açıqlamalar verib.

OLAY yazır ki, Mehmet Ali Erbilin onunla İnstaqram vasitəsilə əlaqə saxladığını deyən Çelik aktyorluqla maraqlandığını söylədikdən sonra Erbilin onunla görüşmək istədiyini qeyd edib.

“İstanbula gələndə mənimlə görüşmək istədiyini dedi. Mənə kömək edə biləcəyini düşündüyüm üçün bunu qəbul etdim. Əvvəlcə İstinyedə qəhvə içdik. Daha sonra bəzi sənədlər verəcəyini deyərək məni evinə dəvət etdi” deyə o bildirib.

Erbilin evinə getdiyi zaman evdə başqa şəxslərin də olduğunu deyən Çelik hamamdan çıxarkən gözləmədiyi bir vəziyyətlə qarşılaşdığını iddia edib:

“Hamamdan çıxmağımla canlı yayım açması bir oldu. Nə edəcəyimi bilmədim və tələsik evi tərk etdim. Bu vəziyyəti özümə də yaraşdırmıram.”

Çelik həmçinin iddia edib ki, Mehmet Ali Erbil ona “Mənim köməkçim ol, sevgilim ol, gəl mənimlə yaşa” kimi təkliflər də edib.