“Gərək belə məsələlər televiziyaya çıxsın? Bəzən deyirlər ki, siz dartıb gətirirsiniz. Kimi gətirmişəm? Əgər mən kimisə zorla gətirmişəmsə, əlini qaldırsın. Bunlar ağlı başında insanlardır, kim məcbur edə bilər ki, verilişə çıxsınlar”.
OLAY yazır ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. O, bəzi həmkarlarını da tənqid edib:
“İctimai qınaqdan belə qorxursunuzsa, niyə görə zamanında bu insanlara sahib çıxmırsınız. Sonra da deyirlər, bu proqramlar nəyə lazımdır. Bunlar elə lazımdır. Əgər bu porqramlar olmasa, ictimailəşməsə, siz yaxın durmursunuz. Sonra ağzı göyçəklər var, akademik kimi efirdə çıxış edirlər. Guya bunlar alim aparıcılardır, bu verilişlərə elə-belə baxırlar. Sizin apardığınız verilişləri qatlayıb cibimə qoyaram. Elə proqram aparmağa nə var ki? İnternetdən xəbərləri oxu, sonra da ağıllı-ağıllı danış. Gücün çatır belə məsələlərdə özünü, savadını, biliyini qoy ortaya, çıxış yolunu axtar. Belə məsələlər müzakirə olunmasa, necə olacaq. Harada müzakirə olunacaqdı? Nətər olur efirə çıxan kimi, aman Allah biabır olduq, gəlsin deyirsiniz”.