Olay
Olay

“Millətdən pul yığılıb müğənnilərə verilsin” – Cavanşirdən təklif

“Millətdən pul yığılıb müğənnilərə verilsin” – Cavanşirdən təklif

“Bankda hesab açılmalıdır. 10 milyon vətəndaşımız var, 5 milyonunu kənara qoyuruq. 50 qəpikdən adama həmin hesaba pul yükləsələr. Bir ilin ərzində ora 5 milyon pul yığılsa, həmin pul Mədəniyyət Nazirliyinin balansına keçirilsin, hansısa sənətçi xəstələnəndə onun sağlamlığı üçün bu puldan xərclənsin”.

OLAY yazır ki, bu təkliflə MTV-də yayımlanan “Tarixin bir günü” verilişində Əməkdar artist Cavanşir Məmmədov çıxış edib.

O, tamaşaçı sevgisini ölçmək və xəstəlikdən əziyyət çəkən sənətçilərə yardım məqsədilə bu ideyanın həyata keçirilməsini istədiyini söyləyib:

“Demirlər ki, filankəs yaxşı müğənnidir, sevirəm. Ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? Bu pul təsdiq edir ki, həmin sənətçini 10 milyonun yarısı sevir. Bunu real etmək olar”.