Olay
Olay

Nazilədən Ağakərimin oğluna ağır sözlər

Nazilədən Ağakərimin oğluna ağır sözlər

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil və tanınmış şairə Nazilə Səfərli arasında yaranan qalmaqal səngimək bilmir. 

OLAY yazır ki, sənətçinin oğlunun “məqsədi reytinq tutmaqdır” sözlərinə qarşı tərəf instaqramda cavab verib. 

N. Səfərli iddia edir ki, K. Novruzov atasından xəbərsiz onun bağını satıb:

“Deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa “duxu” çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmədin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. 

Psixotrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”

Qeyd edək ki, tərəflər arasında qalmaqal şairənin Ağakərimi görmək üçün evinə getməsindən sonra başlayıb.  Belə ki, üzünə qapı açılmayan Nazilə instaqramda video paylaşaraq oğlunun meyxanaçı görməyə icazə vermədiyini, qadağa qoyduğunu bildirib.  Kamil isə ittihamları yalanlayıb.