Bir müddətdir ev şəraitində müalicə alan meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil incəsənət üzvlərinə qadağa qoyub.
OLAY yazır ki, bu barədə şairə Nazilə Səfərli instaqramda məlumat yayıb. O, Ağakərimin evininq arşısından video paylaşaraq oğlunun onu içəri buraxmadığını iddia edib.
Nazilə qeyd edib ki, Kamil Novruzov tək mədəniyyət üzvlərini yox, eyni zamanda qohum-əqrəbalarını da evə buraxmır:
“Meyxanaçı Kərimin vəziyyəti son dərəcə ağırdır. Fəqət doğmaları, xüsusilə də oğlu Kamil Kərimi ziyarət etməyə qadaağ qoyub. Sənətkarın evinə nəinki yadlar, hətta qohum-qardaşları da girə bilmirlər. Belə ağır xəstə xəstəxanada yatmalı deyilmi? Ona kömək lazımdır. Amma köməyə gələnlərə də qapı açmırlar”.
OLAY iddialarla bağlı K. Novruzovla əlaqə saxlasa da, o, telefonlara cavab verməyib.