Olay
Olay

“Ağakərimin xanımı mənə mesaj yazdı”

“Ağakərimin xanımı mənə mesaj yazdı”

Şairə Nazilə Səfərli meyxanaçı Kərim Novruzovla (Ağakərim) bağlı paylaşımı silib. 

OLAY yazır ki, bunu ondan digər meyxana ustası Ağamirzə Məmmədov xahiş edib. Bu barədə Nazilə instaqramda yazıb:

“Bir sözü ki, ağsaqqal deyir, özü də belə ağayana tərzdə, əlbəttə siləcəm. Silməzdən öncə isə öz yanaşmamı da əlavə etməliyəm. Biz azərbaycanlıyıq. Dostumuza dəyən daşda payımız var, xəstəyə baş çəkmək savabdır, sənətkarı ziyarət etmək məhəbbətdəndir. Ağamirzə qardaşım vəziyyəti səliqəli izah etsə də, əsl həqiqət elə deyil. Ötən gün Kərim qardaşımızın xanımı mənə mesaj yazıb. Mesajda deyilir ki, çəkilişlə gəldiyiniz üçün qapını açmadım. Daha sonra da deyilir ki, mən evdə yox idim gəlin naməhrəmə qapı açmır. Qərar ver ay xanım, sən açmadın, ya gəlin? Yazıb ki, Ağamirzə gəlib video çəkib paylaşdığı üçün heç kimə qapı açmıram. Şərhlərdən narahat oluram. Demək ki, Ağamirzə, sizdən də narazıdır xanım! Nəhayət deyilir ki, qapı mənimdir, kimə istərəm ona açaram. Xanıma gecə səsli mesajla cavab vermişəm. Mesajlar da məndə qalıb. Ağamirzə istədiyi vaxt oxuya bilər.

İndi cavab verim ki, hörmətli şair xanımı, əvvəla sizə çəkilişlə gəlməmişdim. Jurnalist deyiləm. Ailəmlə gəlmişdim. İkincisi gah deyirsən mən açmadım, gah deyirsən gəlin tək idi, naməhrəmə qapı açmır. Mən sənin gəlininə məhrəməm. Allaha and olsun xalis qadınam. Üçüncü də Ağamirzənin çəkiliş etməyindən narazısınızsa, sözü ona deyə bilərdiniz, mənə şikayətlənmək yersiz oldu. Kişi sidq ürəkdən əsl dostdur! Adam əmək itirməz. Dördüncü də, qapı sizindir, amma sənətkar xalqındır! Belə gəlmişəm, gəlməmiş olum! Allah heç birimizi aciz, gücsüz duruma salmasın! O qədər aylarla xəstə yatmışam ki, gözüm qapıda qalardı, bəlkə kimsə gələ...

Ona görə də eşidəndə tanıdıqlarım xəstədi çalışıram ziyarət edim. Xəstə olub yol gözləməyin nə demək olduğunu çox yaxşı bilirəm. Amma sən hələ də bilməmisən ki, həyat yoldaşın çox böyük adamdı. Evə buraxmazdın, qapıdan bir kəlmə deyərdin xanım çox sağ ol xəstə ziyarəti qəbul etmirik. Mən də payımı qoyub gedərdim. Əksər insan belə edir. Beş günlük dünyadır. Sizi sayanı sayın”.

Qeyd edək ki, şairə meyxanaçının evinin yanından video paylaşraq Ağakərimin doğmalarının, xüsusilə də oğlunun onu içəri buraxmadığını söyləyib.