Olay
Olay

Tünzalə Vasifdən üzr istədi

Tünzalə Vasifdən üzr istədi

Xalq artisti Tünzalə Ağayeva bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videoda həmkarı Vasif Məhərrəmliyə dediyi “Vasif sən oxuya bilmirsən” sözlərinə bir daha aydınlıq gətirib. 

OLAY yazır ki, o, bu dəfə Məhərrəmlinin özü ilə video paylaşıb. Onlar birlikdə açıqlama verərək durumun videoda göründüyü kimi olmadığını söyləyiblər. Ağayeva həmin ifadəni nə məqsədlə söylədiyini izah edib:

“Vasif dəyərli peşəkardır, sənət sahibidir. İnan ki, bu cümlənin sənin peşəkarlığına bir aidiyyatı yoxdur. Demək istəyirdim ki, Vasif caz sənlik deyil, qoy, oxuyum. Başa düşürəm hər şeyi, maqazin xəbərlərinə öyrəşmişik. Amma istəmərəm ki, sənət dostlarıma mənim kəlimələrimdən bir ziyan gəlsin. Vasif yenə də üzr istəyirəm”.

V. Məhərrəmli bildirib ki, o an Tünzalədən mikrofonu ona “İstədim deyəm ki, sən peşəkarsan, sənət budur” sözlərini demək üçün almaq istəyib. O, qeyd edib ki, Tünzaləyə buna görə qıcıq olmayıb.