Ötən gün tədbirlərin birinə həyat yoldaşı, reper Pasterlə qatılan aktrisa və model Natavan Əfəndiyeva geyimi ilə diqqət çəkib.
OLAY-ın məlumatına görə, sənətçinin müzakirə yaradan obrazının ilham mənbəyi bəlli olub. Belə ki, Natavanın Rihannanın hamilə obrazı ilə olan oxşarlığı gözdən yayınmayıb. RiRi ötən ilin martında sözügedən libası “Oskar” mükafatlarının “after party”sinə geyinmişdi.
Bu oxşarlıq izləyicilərin də gözündən yayınmayıb. Onlar da cütlüyü Eysəp Raki və Rihannaya bənzədib.
RiRi-nin və Əfəndiyevanın obrazlarını təqdim edirik: