Olay
Olay

Leyla Rövşəni müdafiə etdi

Leyla Rövşəni müdafiə etdi

Tanınmış aparıcı Leyla Quliyeva ötən gün sosial şəbəkələrdə videosu yayılan mayor Rövşən Cahangirovu müdafiə edib.

OLAY yazır ki, o, məsələyə feysbuk statusunda münasibət bildirib. Leyla mövzu haqda bu sözləri yazıb:

“Mən nə kiminsə tərəfini tutmaq, nə də kiminsə haqqına girmək istəyirəm. Rövşən Cahangirovu şəxsən tanıyıram. Demək olar ki, iş yoldaşı olmuşuq. Mən Atçılıq Federasiyasında, O DSX-də işləyib. Bir kolleqa kimi olduqca  zəhmətkeş, məsuliyyətli, vicdanlı və qərəzsiz adamdır. Yol yoldaşı da olmuşuq. Söz var ki, insan yolda tanınır. Bax, Rövşən həm də yol adamıdır. Bunu tək mən yox, bərabər işlədiyimiz dostlar da təsdiqləyə bilər.

Amma mənim qarşı tərəflə heç bir tanışlığım yoxdur. Nə xeyrinə, nə ziyanına heç bir söz deyə bilmərəm. Sadəcə olaraq, bu qədər acılı, ağır bir gündə olunacaq söhbət deyildi, düşünürəm. Ən azı, son mənzilə yola salınanlar Rövşənin iş yoldaşlarıdır! Eyni dövrdə, eyni kanalda çalışdığın həmkarını tanımasan da və yaxud tanımaq istəməsən də, hər şeydən əvvəl bir vətəndaş kimi təmkin göstərib sonra həll etmək, izah və üzrxahlıq tələb etmək olardı. Həqiqətən də belə bir insident baş veribsə!  

O ki qaldı, Rövşənin həyat yoldaşına... Adətən iki azərbaycanlı kişi arasında söhbət gedirsə, Xanımların, həyat yoldaşlarının adları çəkilməz!  Bu məsələdə onun tanınmış və ya tanınmamış olması qətiyyən önəmli deyil!”