Olay
Olay

Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Novruz Əliyev( Qartal) əməliyyat olunub və evə buraxılıb.

OLAY yazır ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatr açıqlama yayıb. Məlumatda bu sözlər qeyd olunub:

"Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.

Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir".

Qeyd edək ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkir.