Olay
Olay

“Tüpürdü, söydü, şəklimi çəkdi” – Samirəyə hücum

“Tüpürdü, söydü, şəklimi çəkdi” – Samirəyə hücum

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən şiddətə məruz qalıb.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib:

“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, mənim şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyiciləriimin 70 faizi əcnəbilərdir. Buna göz yum, buna sus olmaz. Artıq bəsdir! “Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, kökündən elə sürücülük vəsiqəsi verilmədən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbirli insanı səbirsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də ki boş verəcəyəm. Bu səfər bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizlik bu qədər şiddət bitsin. Mən şokdayam”.

Qeyd edək ki, ötən günlərdə müğənni Nigar Camal da sürücülərdən birinin şiddətinə məruz qalmış, həmin şəxs 15 gün azadlıqdan məhrum edilmişdi.