“Sovet dönəmində çap etdirə bilmədiyim yazılar var idi. Onlar bu gün də qalıb. İstəyirdim ki o zamanlar dərc edilsin. Sadəcə o dövrün tələbləri ilə düz gəlmirdi”.
OLAY yazır ki, bu sözləri “Üzə düz” proqramında qonaq olarkən Xalq şairi Baba Vəziroğlu deyib. O, ilk çap olunan kitabından söz açıb:
“Birinci kitabım Dövlət Təhlükəsizlik Komitəsində müzakirə olundu. Az qala məni həbs edirdilər. Orada bir yazıçı, bir akademik rəy yazdı. Dedilər ki, bu adamı cəmiyyətdən kənarlaşdırmaq lazımdır, anti-sovet təbliğatı ilə məşğuldur. O zaman görkəmli şəxsiyyət Bəxtiyar Vahabzadə məni müdafiə etdi. Bir məqalə yazdı, həm Ədəbiyyat qəzetində çap etdirdi, həm də o kitaba önsöz kimi əlavə etdi. Dedi ki, onun arxasında mən dayanmışam. Ondan sonra hamı susdu. Haqqımda rəy yazan yazıçını bağışladım. Akademik rəhmətə gedib, yazıçı yaşayır. Biz onunla 30-40 il görüşdük”.