Koronavirusa yoluxan Xalq artisti Eldost Bayramın vəziyyəti normallaşıb.
OLAY yazır ki, bu barədə məşhur diktorun xanımı Minarə Bayramova “Elgizlə izlə” proqramına telefonla bağlanaraq məlumat verib.
O, həyat yoldaşının 15 gündür xəstəxanada müalicə olunduğunu söyləyib:
“Bütün xəstəxana kollektivinə təşəkkür edirəm. Onu yüksək səviyyədə müalicə edirlər. Artıq sağalır. Lakin çox zəifdir. Hələ ki, reanimasiya şöbəsində yatır. Vaksin olunmamışdı, çünki səhhətində problem var idi. Buna görə qorxurdu”.