Mərhum Xalq artisti Arif Quliyevin ailəsinin maddi sıxıntıları var.
Bu barədə OLAY-a sənətçinin xanımı Gülzar Quliyeva məlumat verib. O deyib ki, ailə başçılarını itirdikdən sonra çətinliklə yaşayır:
“Özüm də xəstəyəm, dərmanlarım çox bahadır. Qara ciyər sirrozundan əziyyət çəkirəm. Arifin dostlarının hamısı bizimlə maraqlanır, kömək edirlər. “Semaşko”da müalicə olunurdum, pandemiyaya görə ora bağlandı. İndi evdən müalicə olunuram”.
Qeyd edək ki, aktyor bu ilin mayında koronavirusdan dünyasını dəyişib.