Olay
Olay

Əməkdar artistin vəziyyəti ağırdır

Əməkdar artistin vəziyyəti ağırdır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalın vəziyyəti ağırdır.

OLAY yazır ki, bu barədə aktyorun xanımı Zərqələm Əliyeva  Qaynarinfo-ya müsahibəsində məlumat verib. O bildirib ki, həyat yoldaşı əməliyyat olunub:

"Vəziyyəti pis idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq. Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə, getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı".