Bir müddət əvvəl evli olduqlarını açıqlayan aktrisa Oksana Rəsulova və aparıcı-aktyor Şəhriyar Əbilov ilk dəfə ailəvi fotolarını paylaşıb.
OLAY yazır ki, onlar oğulları Osman ilə birgə obyektiv qarşısına keçiblər. Cütlüyün birgə görüntülərini fotoqraf Niko Abbasov lentə alıb.
Oksana fotolara “Allah bütün balaları, o cümlədən mənim Osmanımı saxlasın. Axır ki, bu fotosessiyanı etdirdik” şərhini yazıb.