Aktyorlar Oksana Rəsulova və Şəhriyar Əbilov evlilik açıqlamasından sonra ilk dəfə birlikdə paylaşımlar ediblər.
OLAY yazır ki, Əbilov üç yaşlı oğlu Osmanla şəklini yayaraq “Gerçəyi xəyalından daha gözəl olan yeganə şey övladdır. Oğlum, Osman! Allah bütün balaları saxlasın”, şərhini yazıb.
Oksana isə Şəhriyarla fotolarını paylaşaraq "Bax, belə…uzunmüddətli dostluq, sayğı, anlayış və ailə. Yaxşı ki, varsan, Şəhriyar", - deyə, şərh bildirib.
Qeyd edək ki, Ş.Əbilov "Tam vaxtıdır" proqramında Oksana Rəsulova ilə 4 ildir evli olduğunu açıqlayıb.