Xalq artistləri Kazım Abdullayev və Sabir Məmmədov ağır xəstəlikdən vəfat edən Ramiz Novruz haqqında açıqlama verib.
OLAY-a danışan teatr aktyorları qeyd edib ki, R. Novruzun xərçəngə düçar olduğunu ondan əvvəl öyrəniblər.
“Sonuncu dəfə 1 həftə əvvəl əlaqə qurmağa çalışdıq. Vəziyyəti çox pis idi, danışa bilmirdi. Arada səhhəti qaydasına düşmüşdü. Birdən-birə yenidən ağırlaşdı. Səhhəti barədə soruşanda deyirdi ki, yaxşıyam. Allah rəhmət eləsin! Çox heyif, arzularını yerinə yetirə bilmədi”, - deyə Kazım Abdullayev bildirib.
Sabir Məmmədov vurğulayıb ki, mərhum aktyor əvvəl narahatlığının səbəbini dəqiq bilmədiyi üçün nikbin olub:
“Onun xəstəliyini biz bilirdik. Əvvəllər özü bilmirdi, çox nikbin idi. Daha sonra hiss etdi. İtirmək bizim üçün çox ağırdır. Allah rəhmət etsin! Yerdə qalanların canı sağ olsun”.
Dilşad Bəhruzqızı
Fotolar: Hüseyn Həsənov