Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu (Hüseynov) instaqram platformasında tiktokerlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciətinin nəzərə alınmasına münasibət bildirib.
Tanınmış musiqiçi OLAY-a açıqlamasında qeyd edib ki, nəzarət güclü olarsa, TikTok platformasında söyüşlü video paylaşımlara az rast gəlmək olar:
“Mən ailəmlə, yaxınlarımla, qohumlarımla TikTok-u açmağa qorxuram ki, kimsə söyüş söyəcək. Bu, çox azdır. Fikrimcə, dövlət nəzarət etsə, çox yaxşı olar. Onlar da həmin platformadan yığışdırılar. Daxili İşlər Nazirliyi məlumatında adım qeyd edilibsə, düzdür. Mən müraciət etmişdim, səhv etmişəm? İndi sizinlə danışanda təhqiramiz ifadə səsləndirsəm, dəstəyi asarsız. Mən heç vaxt belə etmərəm. Bunlar heç kəsə xoş gəlmir. Hamımızın ailəsi, yaxınları var. Uşaqlarımız var ki, telefonu götürüb TikTok-a daxil olur”.
Qeyd edək ki, Səbuhi Xanlarov, “Roshkarosh” ləqəbli Rövşən Süleymanzadə və “Dakkılı” ləqəbli Ziliş Cəfərov TikTok-da videoları ilə məşhurlaşıblar.
“Qafqazinfo” məlumat yayıb ki, onların söyüş və təhqir səsləndirmələri barədə polis orqanlarına müraciəti əsasında Cəfərov polis orqanına dəvət olunublar.
Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Onun barəsində yaxın zamanda qərar çıxarılacağı gözlənilir.