Türkiyənin məşhur müğənnisi Hülya Avşar üç il fasilədən sonra səhnəyə çıxıb.
OLAY yazır ki, İstanbulda konsert verən sənətçi repertuarına bəstəkar mahnıları daxil edib.
Hürriyet qəzeti yazır ki, Hülyanı izləyənlər arasında azərbaycanlılar da olub. Qonaqlar tərəfindən xüsusi diqqət görən sənətçi məkanda yer alan rus və ərəbləri də salamlayıb.
H. Avşar üçün qonaqlar tərəfindən toplam 200 şampan partladılıb. İfaçı ard-arda sampan göndərən qonaqlara “Mən belə ərköyün olmağa öyrəşməmişəm. İlk dəfədir ki, öz səhnəmdə şampan qəbul edirəm. Məsələ bundadır, hamınıza çox sağ olun”, -deyə bildirib.
Bundan əlavə, müğənni kürək dekolteli geyimi ilə də diqqət çəkib. Onun libası modelyer Melih Yazgan imzalı olduğu ortaya çıxıb.