Türkiyənin məşhur müğənnisi Hülya Avşar səhnəyə qayıdıb.
OLAY yazır ki, uzun müddətdir musiqi ilə vidalaşan sənətçi yenidən konsert verməyə başlayıb. "Masumiyet" serialının finalından sonra Ayvalıkdakı villasına yerləşən sənətçi dünən lüks məkanlardan birində səhnə alıb.
Hülyanın səhnəyə qayıdışı qədər libası da müzakirə olunub. Kimisi ifaçını bəyənib, kimisi isə onu zövqsüz adlandırıb.
Avşarı tənqid edənlər arasında müğənni-aparıcı Lerzan Mutlu da var. O, Hülyanın paylaşılan videosuna şərh yazaraq "Heç vaxt geyinməyi bilmədi", - deyə bildirib.