Olay
Olay

“Evdə qalmış”ın təqdimatı keçirildi

“Evdə qalmış”ın təqdimatı keçirildi

Ötən gün “Park Cinema IMAX”da “Evdə qalmış” filminin təqdimatı keçirilib.

OLAY yazır ki, gecədə filmin baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Sanura Cəfərova, Kənan Yusifov və başqaları iştirak edib.

Tanınmışların, kino nümayəndələrinin də olduğu tədbirdə film alqışlarla qarşılanıb. Ekran işində istifadə edilən retro mahnılarımız isə qonaqların ürəyincə olub.

“Biz 10-12 ildir ki, ailəvi mövzularda filmlər işləyirik ki, hamı ailəsi ilə gedib baxsın. Biz hər filmimizdə Azərbaycan və dünya mədəniyyəti üçün böyük işlər görmüş sənətkarları yad edirik”, - deyə, filmin quruluşu rejissoru Valeh Əhmədov OLAY-a açıqlamasında bildirib.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.

Qeyd edək ki, ekran işində Firuzə Balayeva, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. Filmin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Dilşad Bəhruzqızı

FOTO/VİDEO: Hüseyn Həsənov