Əməkdar artist Abbas Bağırov “Söhbət musiqidən gedir” proqramında qonaq olarkən övladları haqda açıqlamalar verib.
OLAY yazır ki, sənətçi hər gün iki oğlunun da ona pozitiv enerji verdiyini, hər səhər yuxudan onların oyatdığını söyləyib:
“Muradın 3, Raulun 1 yaşı var. Onlar arasında fərq qoya bilmərəm. İkisi də doğmam, canlarımdır. Onlarsız həyatı təsəvvür etmirəm. İstəyirəm ki, ikisini də sevdiyimi hiss etsinlər. Məncə, ata ilə övlad dost olmalıdır. Belə olduğu halda gələcəkdə müəyyən təhlükələrdən onları qoruya bilərəm”.