Olay
Olay

DiKaprio 19 yaşlı modellə eşq yaşayır?

DiKaprio 19 yaşlı modellə eşq yaşayır?

Dünyaca məşhur aktyor Leanordo DiKaprionun 19 yaşlı israilli model Eden Polani ilə eşq yaşadığı iddia edilib.

OLAY yazır ki, aralarında 29 yaş fərq olan cütlük qısa zamanda xeyli müzakirəyə səbəb olub.

Onların birgə görüntüsü isə sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Leonardo sevgililərindən 25 yaşı tamam olduqda ayrılması ilə seçilir. Sənətçinin yaxın dostunun sözlərinə görə, Leonardo evlilik və uşaq sahibi olmağı düşünmədiyi üçün bu addımı atır. DiKaprio fikirləşir ki, 25 yaşından sonra qadınlar evlənmək və övlad sahibi olmaq istəyir.