Xalq artisti Aygün Kazımovanın ad günündə daha bir barışıq olub.
OLAY yazır ki, Səidə Sultan və Sevil-Sevinc Səfərovalar arasındakı buzlar da əriyib. Hətta bacılar məclisdən Səidənin rəqs etdiyi anları instaqramda paylaşaraq onu işarələyiblər.
Qeyd edək ki, S.Sultan “Şourum” verilişində Sevil-Sevinc Səfərovaların meyxanaçı Namiq Qaraçuxurlu ilə “Oxşamıram” adlı duetləri barədə bu fikirləri səsləndirmişdi:
“Belə mahnıları camaat birinci sırada görürsə, biabırçılıqdır. Belə mahnılar “itə tök”dür”, doludur. Ona zövqlü mahnı deyirlər? Buna baxıb deməsinlər ki, paxıllıq edir. Çəkisi olmayan mahnıya necə paxıllıq edəsən? O mahnılar sadəcə zövq korlayırlar, pislik edirlər”. Bacılar isə “7 Özəl” proqramında Səidədən danışmağı özlərinə hörmətsizlik bildiklərini demişdilər. Bundan əvvəl də Sultan müsahibələrinin birində Səfərovalardan danışarkən onların süni olduğuna eyham vurmuşdu.