Olay
Olay

ProMete bədbəxt hadisənin görüntülərini göstərdi

ProMete bədbəxt hadisənin görüntülərini göstərdi

Tanınmış reper ProMete-nin ( Pərviz İsaqov) anasının xəsarət aldığı ərazinin görüntüləri yayılıb.

OLAY yazır ki, sənətçi anasının ayağına düşən ağacın yerini və onun xəstəxanaya aparıldığı anların videosunu “Təsir dairəsi” verilişinə təqdim edib.

Sözügedən proqramda qonaq olan Pərviz ağacın illərlə içinin oyulduğunu, yalnız qabığının qaldığını bildirib.

Qeyd edək ki, reperin anasının üzərinə ağac noyabrın 10-da güclü külək nəticəsində düşüb. Onun ayağı topuqdan aşağı kəsilib.