Olay
Olay

“Əlimə düşəcəksən!” – Reperlər arasında dava

“Əlimə düşəcəksən!” – Reperlər arasında dava

Tanınmış reper Xpert (Şəhriyar Atababayev) və Orxan Qarabasma arasında dava olub.

OLAY yazır ki, bir müddət öncə münasibətlərində gərginlik yaranan sənətçilərin davası Tvitterdə davam edib.

“Mentral Dua” adlı layihəsinin anonsunu verən Xpertə Orxan reaksiya verərək, onu hədələyib:

“Yenə din maskasını taxmısan, birazdan qanqster maskasını geyinərsən. Burada bloka atmaq yadından çıxıb. Bunu da elə, mən səni onsuz da səbr edib gözləyirəm. Əlimə düşəcəksən! Geci-tezi var, nə əkmisən, onu da biçəcəksən!”.

Qeyd edək ki, Xpert və OGB uzun illər dost olublar, onlar dəfələrlə birgə layihələr həyata keçiriblər.