Olay
Olay

Azərbaycanlı aktrisa gizlin evləndiyini açıqladı

Azərbaycanlı aktrisa gizlin evləndiyini açıqladı

Aktrisa Rada Nəsibova evləndiyini açıqlayıb.

OLAY yazır ki, sənətçi bu barədə “7 canlı” verilişində danışıb. “Rada Nəsibova ailə qurmaq haqda düşünmürmü” sualına belə cavab verib.

“2 aydır ailə qurmuşam. Özəl həyatımı paylaşmağı sevmirəm. Öz aramızda kiçik məclis etdik. Yanımda yaxınlarım var idi. Həyat yoldaşım incəsənət adamı deyil”.

Qeyd edək ki, R.Nəsibova Akademik Milli Dram Teatrının aktrisasıdır. O bir çox film və seriallarda rol alıb.