Olay
Olay

“Kaş ondan boşanardım” - Əməkdar artist

“Kaş ondan boşanardım” - Əməkdar artist

“Özümə söz vermişəm ki, ağlamayım. Hərdən fikirləşirəm ki, ağlamaqdan gözümün nuru gedib. Deyirəm, kaş ondan boşanardım. O zaman ölümü bu qədər yandırmazdı”. 

OLAY yazır ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü “Günün sədası” proqramında qonaq olarkən mərhum həyat yoldaşı Zahid bəy haqda deyib. 

Qarmon ifaçısı söyləyib ki, ona güclü olduğunu deyəndə gülür:

“Söyləyirəm ki, nəyim güclüdür? Mən elə onunla güclü idim. Onsuz sudan çıxmış balıq kimiyəm. Əvvəl təsəlli etmələrini istəmirdim. Deyirdim, şablon sözlərdir. İndi isə istəyirəm ki, təsəlli etsinlər.

Zahid deyirdi ki, uşaqların toyunu tez edək. Mən də söyləyirdim ki, axı tələsmirik. İndi şükür edirəm, deyirəm, nə yaxşı uşaqlarının toyunu, nəvələrini gördü. Bəziləri deyir ki, bir-birinizi bu qədər çox sevdiyinizi bilmirdik. Kimisi isə onun məni daha çox sevdiyini düşünürdü. O, öldükdən sonra dedim ki, necə üzlü insanam, hələ də yaşayıram. Çünki Zahid üç gün də yaşamazdı, yoxluğuma dözməzdi. Məni toylara, çəkilişlərə aparırdı. Bəzən mənim üçün çay süzürdü. Söyləyirdi ki, bir dəqiqə də dayanmırsan, toyu özün uzadırsan, yorma özünü. Bir sözlə, qayğıma qalırdı. Uğurlarıma məndən çox sevinirdi”.