Olay
Olay

“Belə qadını kim sevməzdi?”

“Belə qadını kim sevməzdi?”

Amerikaya köçən eks-aparıcı Günel Hümbətova növbəti instaqram paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, yeni fotosunu paylaşan Günel paylaşıma maraqlı şərh verib. O, bu sözləri yazıb:

“Belə qadını kim sevməzdi? Gözəl-göyçək, cazibədar, karyerist, baxımlı, məqsədyönlü, mehriban, sevgi dolu, daim inkişafa can atan və sair. Özü də dadlı yeməklər bişirir. Mən də həyat yoldaşımın yerində olsam, Güneli ən az onun qədər sevərdim. Hər zaman təvazökarıq, amma hərdən öz dəyərimizi bilib, özümüzü düzgün qiymətləndirməliyik. Zarafat bir yana, bunu sağlam şəkildə etmək və öz dəyərini bilmək heç də “narsistlik” deyil. Bu haqda çox geniş danışa bilərəm. Lakin bunu peşəkar psixoloqların öhdəsinə buraxıram. Tək onu bilirəm ki, başqalarına sevgi, deyər özümüzdən başlayır”.