Olay
Olay

Üzel Kərimovaya ağır itki

Üzel Kərimovaya ağır itki

Tanınmış aktrisa Üzel Kərimovaya ağır itki üz verib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin bir neçə gündür reanimasiyaya yerləşdirilən nənəsi vəfat edib.

Qeyd edək ki, Üzel Kərimova nənəsinin müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi”nə qarşı ittihamlar irəli sürmüşdü. O, instaqramda post paylaşaraq reanimasiyaya yerləşdirilən nənəsinin yanına buraxmadıqlarını yazmışdı.