Tanınmış aktrisa Uzel Kərimova nənəsinin müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi”nə qarşı ittihamlar irəli sürüb.
OLAY yazır ki, Uzel instaqramda post paylaşaraq onu reanimasiyaya yerləşdirilən nənəsinin yanına buraxmadıqlarını söyləyib:
“Mənə “xəstənizin 3-4 gün ömrü qalıb, ayrı-seçkilik olmasın deyə sizi reanimasiyaya qoya bilmərik”,- deyə bilməzsiniz. Ölüsünü deyil, dirisini görmək istəyirəm və bunu borclusunuz”.
Qeyd edək ki, bu gün aktrisa instaqramda status yazaraq nənəsinin səhhətinin pisləşdiyini qeyd edib.