Olay
Olay

Onları məşhur edən yarışma yenidən başlayır!

Onları məşhur edən yarışma yenidən başlayır!

Məşhur “Bakı payızı” yarışması yenidən başlayır.

OLAY yazır ki, musiqi müsabiqəsi Mədəniyyət TV-də ekrana gələcək.

Bu barədə layihənin sosial media hesabında məlumat verilib. Yarışmaya qeydiyyat üçün məlumatlar da əks olunub.

Qeyd edək ki, ilk dəfə 1988-ci ildə keçirilən “Bakı payızı” müsabiqəsinin birinci mükafatının laureatı Xalq artisti Aygün Kazımova olub. Layihədə iştirak edən Faiq Ağayev, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva kimi sənətçilər zamanla fəxri adlara layiq görülüblər.