Olay
Olay

Nadirin oğlunun toy tarixi açıqlandı

Nadirin oğlunun toy tarixi açıqlandı

Müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toy tarixi müəyyənləşib. 

OLAY yazır ki, bu barədə müğənni Sevinc Səfərova məlumat verib. O, Nadirlə birgə “Həmin Zaur" proqramında qonaq olarkən “İnşallah, hamımız dekabrın 20-i bir yerdəyik. İndidən paltar hazırladıram”,- sözlərini deyib.

Qafarzadə isə dostlarından toyda canla-başla iştirak etmələrini istəyib:

“Xoş günümdə bir ata kimi məni göylərə qaldırın. Söhbət puldan getmir. Pulu xərcləyirsən, qurtarır. Amma o xoş görüntülər daim qalır. Restoran metronun “Xalqlar dostluğu” stansiyası tərəfdədir. Normal qiymətədir. Həm də bəlkə mənə hədiyyə edirlər? Məsələn, Xalq artisti Təranə Muradova mənə zəng edir ki, oğlunun toyunda sənə rəqsləri hədiyyə edirəm. Söyləyir ki, yaxşı ifaçısan, sənə hər şey pulsuz olmalıdır”.