Əməkdar artist Mətanət İsgəndərli “Qonağım ol” layihəsində iştirak edib.
OLAY yazır ki, aparıcının suallarını cavablandıran sənətçi nəvələrinin anası ilə görüşdüyünü bildirib:
“19 gün reanimasiyada olanda deyirdim ki, Allahım, heç nə istəmirəm. O üç uşağı mənə versinlər, gedim ucqar bir kənddə yaşayım. Ancaq onu arzulayırdım. Şükür ki, sağ-salamat balalarımın yanındayam. Anaları nə vaxt istəyir, gəlib aparır. Uşaqlar ürəyi istəyəndə gedirlər. Həyatda məcbur heç nə yoxdur, dayanmaz, ağlayıb özünü öldürər, fikir edər. Uşaqlar çox həssas olurlar. Yanımda özlərini o qədər xoşbəxt sayırlar ki, evə girəndə üzümdən öpürlər, belimə tullanırlar, sevinirlər. Həmişə taleyə, qismətə inanmışam. Həyat bir imtahandır, çalışıb üzüağ çıxmaq lazımdır. Gərək vicdansızlıq etməyəsən, vicdan əzabından pis heç nə yoxdur. Bilirəm ki, vicdanım rahatdır. Çünki heç kəsə vicdansızlıq etmərəm. Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən? Ölümlə üzbəüz idim. Heç nədən qorxmurdum, sadəcə əziyyətlə, boğulmaqla ölmək istəmirdim”.
Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canana aylar öncə ayrılıb. Onların qəyyumluq məhkəməsi də bir müddət əvvəl başa çatıb. Hakim uşaqların atada qalması qərarını verib.