Xalq artisti Emin Ağalarov aparıcı Yuliya Baranovskayanın “Bıt çelovekom” proqramının qonağı olub.
OLAY yazır ki, o, verilişdə tək qala bilmədiyini etiraf edib, Emin bildirib ki, onun həmişə insanlar arasında olmağa ehtiyacı var.
“Bir il yarım əvvəl koronavirusa yoluxdum və ilk dəfə on gün evdə tək qaldım. Bu, həyatımdakı ən çətin sınaq idi, çünki buna öyrəşməmişdim. Nəsə oxudum, seriallara baxdım, pianoda ifa etdim. Deyəsən, evdə hər şeyi etdim. Sabah yenə... Və oturub düşünürsən: Niyə? Mən niyə bunu edə bilmirəm? Elə insanlar var ki, əksinə, tək qalmağı sevir”, - deyə Xalq artisti bildirib.
Sənətçi deyib ki, onun rahat və özü ilə baş-başa qalacağı yer maşınıdır.