“Ay qardaş, ay xanım, sən “dvijeniya” eləyib özünə xal toplayacaqsan, hörmət yığacaqsan, ad qazanacaqsan deyə niyə kartına pul atmalıyam?”
OLAY yazır ki, bu sözləri aktyor Elcan Rəsulov deyib. O, feysbukda status yazaraq sosial şəbəkələrdə yardım toplayanları tənqid edib:
“Xeyriyyəçi olmaq istəyirsən, get işlə, əziyyətlə 5 manat da artıq qazan. Onu da ehtiyacı olan birinə ver. Hərçənd ki, o ehtiyacı olmaq məsələsinə də vaxt edib toxunacam. Hərə öz ətrafında imkansızların dadına çatsa, heç bu xeyriyyəçiləri rayon-rayon qaçırtmağa ehtiyac da qalmaz. Nə isə... Yenə pis adam olacam. Olum da. Onsuz da kim nə istəyir, onu fikirləşir”.
E. Rəsulov daha sonra sözügedən postu silib.