Müğənni İlahə İbadova kemiş həyat yoldaşı, müğənni Mirsaleh Əliyevlə məhkəməlik olub.
OLAY yazır ki, bu barədə sənətçi “Bazar Düzü” proqramında qonaq olarkən deyib. O, eks-ərini alimentə görə məhkəməyə verdiyini bildirib:
“Mən bacardığım qədəri ilə sülh insanıyam. Lakin keçmiş yoldaşımı aliment məsələsinə görə məhkəməyə verdim. Təbii ki, qarşı tərəf sözlərini dedim. Mən isə istədiyimi aldım. Ədalətli məhkəmə idi, haqlı olan mən idim”.
Qeyd edək ki, cütlüyün evliliyindən Ayan adlı qız övladı var. Uzun illər boşanan cütlüyün ayrılmasına səbəb kimi isə M. Əliyevin tüfeyli həyat tərzi keçirməsi, tez-tez xanımına və azyaşlı qızını döyməsi göstərilib.