Olay
Olay

Ayazın konsertində fotoqraf suya düşdü - Yenilənib

Ayazın konsertində fotoqraf suya düşdü - Yenilənib

Müğənni Ayaz Babayevin bu gün baş tutan konsert proqramında xoşagəlməz hadisə yaşanıb.

OLAY yazır ki, tədbir zamanı fotoqraf Tariyel Hüseynov müvazinətini itirərək, suya düşüb.

Boğulma təhlükəsi ilə üzləşən fotoqrafın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Tariyel daha sonra mühafizənin köməyi ilə sudan çıxarılıb.

***

Baş verən hadisə ilə bağlı “Dəniz Mall” ticarət mərkəzindən OLAY-a məlumat verilib.

Bildirilib ki, fotoqraf konsert zamanı ehtiyatsızlıqdan suya düşüb. Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində onun tez sudan çıxarıldığı və vəziyyətinin yaxşı olduğu da məlumatda qeyd edilib.

Məsələ ilə bağlı müğənni Ayaz Babayev də instaqram hesabında paylaşım edib.