Olay
Olay

Onları tənqid etmişdi, görüşdülər

Onları tənqid etmişdi, görüşdülər

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl tənqid etdiyi cütlük Nagehan Abdullayeva və Fərid Abdullayevlə bir araya gəlib. 

OLAY yazır ki, onlar uşaq mağazalarının birində rastlaşıblar. Bu barədə Nagehan İnstaqramda məlumat yayıb. 

O, sənətçi ilə fotosuna “Sizinlə üz-üzə danışmaq xoş oldu” şərhini yazaraq paylaşıb.

Qeyd edək ki, E. Seyidcahan “Elgizlə izlə” proqramında qonaq olarkən Nagehan və Fəridin ikinci övladlarının dünyaya gəlməsi ilə bağlı süjet yayımlanıb. O, Fəridin Nagehana dəstək olmaq üçün doğum otağına girməsinə “Gizli nə qaldı ki? Abır-həya əldən getdi”,- deyə reaksiya verib.