“Səs Azərbaycan” layihəsinin bugünkü buraxılışı maraqlı anlarla yadda qalıb.
OLAY yazır ki, Leyla Tağıyeva adlı iştirakçı dünyaca məşhur ulduz Beyonsenin “Halo” mahnısını oxuyub. Onun səsinə iki münsif dönüb.
Qeyd etmək lazımdır ki, Leyla instaqram fenomenidir. O, ağzı bağlı şəkildə danışa və mahnı oxuya bilir. Bu da həm münsiflərdə, həm də tamaşaçılarda təəccüb doğurub.
Leylanın seçimi isə Murad Arif olub.