Olay
Olay

“Atam yataq xəstəsidir”

“Atam yataq xəstəsidir”

“Atamın səhhətində problem yarandı. Allah bütün valideynlərə can sağlığı versin. Hər ailədə çətinlik, sıxıntı olur. Lakin hər halımıza şükür etmək lazımdır. İndi yataq xəstəsidir”.

OLAY yazır ki, bu sözləri “Həmin Zaur” proqramında qonaq olarkən aşıq Əli Tapdıqoğlu deyib. O qeyd edib ki, atası yeriyə və danışa bilmir:

 “Atam çox zəhmətkeş kişidir. Tək öz ailəsinə deyil, hər kəsə kömək olurdu. Tanıyanlar yaxşı bilirlər. Elə zəhmətkeşliyindən də xəstəliyə tutuldu. Həyatda çox baməzə, zarafatcıl insandır. Hazırda 60 yaşı var. Dediyim kimi, yataqdadır, yeriyə bilmir”.