Olay
Olay

ANS-in keçmiş aparıcısı ana oldu

ANS-in keçmiş aparıcısı ana oldu

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova ana olub.  

OLAY yazır ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.  Eks-aparıcı oğlan övladının dünyaya gəldiyini vurğulayıb. 

Qeyd edək ki, Türkiyədə yaşayan G. Məmmədova 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə qurub. O, qız övladını 2018-ci ildə itirib. 

Xatırladaq ki, o, ANS-də “Kamerton”, “Xonça” kimi verilişlərin aparıcısı olub.