Olay
Olay

Fatimə köməkçisi üçün efirə çıxıb ağladı

Fatimə köməkçisi üçün efirə çıxıb ağladı

Rəqqasə Fatimə Fətəliyeva sahibi olduğu gözəllik salonunun xadiməsi üçün canlı yayıma çıxıb.

OLAY yazır ki, “Elgizlə izlə” proqramında qonaq olan sənətçi işçisinin övladının əməliyyat edilməsi üçün pul lazım olduğunu söyləyərək ağlayıb:

“Yanımda neçə ildir çox gözəl bir xanım çalışır. Xadimədir. Çox gözəl insandır, ailəsini zəhməti ilə dolandırır. Həmişə üzü gülərdi, neçə vaxtdır fikir verirdim ki, üzü gülmür, özünə baxmır. Maraqlandım ki, övladının səhhətində problem var. Üç ay ərzində əməliyyat olunmalıdır. Kollektivimizlə ona yardım etdik, amma tək əldən səs çıxmaz. Xahiş edirəm ki, xalqımız dəstək olsun. İnsanlar var ki, varı-dövləti yığıblar, üstündə oturublar. Nəyi gözləyirlər? Bizə yaxşılıqdan başqa heç nə qalmayacaq. Bu oğlan igid əsgəridir. Gülnar onunla nəfəs alır. Analar - atalar var ki, övladını atır. Valideynlər də var ki, övladını sağlam görmək istəyir. Həkimlərdən, yaxşı insanlardan, imkanlı şəxslərdən xahiş edirəm ki, dəstək olsunlar”.